CƏMİYYƏT


Vətən müharibəsində dörd medalla təltif olunan cəsur kəşfiyyatçı

Siyəzənin Beşdam kəndindən olan 19 yaşlı şəhid Röyal Qurbanov Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Röyal ölümündən sonra “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.