İQTİSADİYYAT


Ölkənin ən böyük yarımstansiyası yenidən qurulur

“AzərEnerji” ölkənin ən böyük və bir nömrəli strateji əhəmiyyətli yarımstansiyası hesab olunan və 36 il əvvəl tikildiyindən istismar müddətini başa vuran 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurur.
Bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib. Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerjisistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb. Ərazidə müasir tipli rəqəmsal panellər, mikroprosessor tipli rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunan yeni idarəetmə binası tikilib.