İQTİSADİYYAT


Paytaxtın 2 rayonunun təbii qaz təchizatı yaxşılaşdırılır

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, abonentlərin təbii qaza olan tələbatını fasiləsiz, dayanıqlı və təhlükəsiz şəkildə təmin etmək məqsədilə paytaxtın müxtəlif ərazilərində birliyin Təmir-Tikinti İdarəsi tərəfindən istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir. Xətai rayonunun Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsində vaxtilə polad boru ilə çəkilmiş qaz xətti diametri 315 millimetr olan polietilen boru ilə əvəzlənir. 250 metr uzunluğunda çəkilən yeni qaz xətti hazır olduqdan sonra 15 min abonentin qaz təchizatı normal şəkildə tənzimlənəcək. Altı min abonentin qaz təchizatının yaxşılaşdırılması məqsədilə təmir işləri Nərimanov rayonunda da davam edir.