SİYASƏT


Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Stomatologiya ixtisasları üzrə 2021/2022-ci tədris ili üçün qəbul qaydaları

Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.