İQTİSADİYYAT


Təbii qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərlənir?

“Azəriqaz” İstehsalat Birliyi istifadədə olan təbii qaz sayğaclarının hansı xüsusiyyətlərə görə fərləndiyini açıqlayıb.Birlikdən AZƏRTAC-a bildirilib ki, öncədən ödəniş tipli sayğacın (başqa cür “smart-kart” adlandırılan) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir. Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.