SİYASƏT


Ordumuz Vətən müharibəsi zamanı qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib

27 Sentyabr tarixində düşmənin növbəti təxribatının qarşısını almaq və işğal altında olan əraziləri azad etmək məqsədi ilə genişmiqyaslı Azərbaycan Ordusu əks hücum əməliyyatlarına başladı. Döyüşə girən artileriya bölmələrimiz düşmən üzərinə endirdiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini, canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdır.Ordumuz hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri sıradan çıxardaraq, havada üstünlüyü təmin etmişdir. Döyüşün ilk günü kütləvi atəş zərbəsində artilleriya bölmələri tərəfindən düşmənin 500-ə qədər hədəfləri məhv olunmuşdur. Vətən müharibəsi dövründə təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitələri məhv edilib. Hazırda Artilleriya Qoşunlarının hərbi qulluqçuları təlim dərslərini davam etdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır