CƏMİYYƏT


“Silk Way West Airlines”in karqo təyyarəsi Yaponiyanın “Narita” Beynəlxalq hava limanına ilk reys həyata keçirib

Fevralın 11-də “Silk Way West Airlines” şirkətinin karqo təyyarəsi Yaponiyanın “Narita” Beynəlxalq hava limanına ilk reys həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həftədə iki dəfə həyata keçiriləcək yeni yük marşrutunun açılışı münasibətilə aeroportda qarşılama mərasimi təşkil olunub. Mərasimdə layihənin müəllifləri olan Azərbaycanın “Silk Way West Airlines” və Yaponiyanın “Nippon Cargo Airlines” şirkətlərinin rəsmiləri, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılazdə, “Narita” aeroportunun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır