İQTİSADİYYAT


Zəngilanın Ağalı kəndində yaradılacaq ilk “ağıllı kənd” konsepsiyası yaxın müddət ərzində hazırlanacaq

Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında formalaşdırılacaq. İşğaldan azad edilmiş rayonlara səfər zamanı Prezident İlham Əliyev ölkə ictimaiyyətinə ilk dəfə “ağıllı kənd” layihəsi barədə məlumat verdi. Bildirdi ki, birinci belə layihə erməni işğalı nəticəsində dağıdılmış Zəngilanın Ağalı kəndində reallaşdırılacaq. Zəngilanın Ağalı kəndində layihənin icrası 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Kənd Təsərrütafı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli yaradılacaq “ağıllı kənd təsərrüfatı” haqqında detalları açıqlayıb. Zəngilanın Ağalı kəndində yaradılacaq ilk “ağıllı kənd” konsepsiyasının yaxın müddət ərzində işlənib hazırlanması nəzərdə tutulub.