CƏMİYYƏT


Xaçmazdakı istixana kompleksində bu il 750 ton çəhrayı pomidor istehsalı nəzərdə tutulur

Xaçmazda yeni yaradılan istixana kompleksində il ərzində 750 ton pomidor istehsalı nəzərdə tutulub. Üç hektar ərazidə qurulan istixana rayonun Ləcət kəndində yerləşir.İstixana kompleksinin aqronomu Samur Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, istixanada pomidorun yerli “Pink Heart” (Çəhrayı ürək) sortu becərilir. Bu ilin məhsulu üçün ötən ilin noyabr ayında üç hektarda ümumilikdə 75 min şitil əkilib. Hər hektardan 250 ton məhsul yığılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır