Misirin dövlət telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb
22.02.2021 [10:50]
Xəbərin mətni
Misirin “Nil Mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, tamaşaçıların böyük marağına səbəb olmuş verilişin qonağı “Vətənpərvər” Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov olub.