Müdafiə Nazirliyi Ağdam rayonunun Yeni Qaralar kəndinin videogörüntülərini yayıb
23.02.2021 [14:03]
Xəbərin mətni
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Yeni Qaralar kəndinin videogörüntülərini paylaşıb.AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.Yeni Qaralar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu noyabrın 20-də kəndi işğaldan azad edib.