CƏMİYYƏT


Bildirçin əti və yumurtasına tələbat artıb

Son vaxtlar ölkədə quşçuluq təsərrüfatlarına maraq xeyli artıb. Bunlardan biri də bildirçin təsərrüfatıdır. Cənub bölgəsində bu sahə ilə məşğul olan iri quşçuluq müəssisələri olmasa da, bəzi fermerlər kiçik təsərrüfatlarda bildirçin bəsləyirlər.AZƏRTAC xəbər verir ki, gəlirli sahə olduğu üçün bölgədə bildirçin bəslənilən kiçik təsərrüfatların sayı artıb. Lənkəranlı fermer Rauf Mahmudov da belə təsərrüfat sahiblərindən biridir. Onun təsərrüfatında hazırda 100-dən çox bildirçin var: “Hər beş gündən bir bildirçin yumurtasını inkubator aparatına yığırıq. 14-15 günə aparatdan 200-300 bildirçin balası çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır