Müdafiə Nazirliyi Qubadlı rayonunun Yusifbəyli kəndinin videogörüntülərini paylaşıb
25.02.2021 [11:23]
Xəbərin mətni
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Yusifbəyli kəndinin videogörüntülərini paylaşıb.AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.Qubadlı rayon mərkəzindən 23 kilometr cənub-şərqdə, dəniz səviyyəsindən 730 metr yüksəklikdə yerləşən Yusifbəyli kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 25-də kəndi işğalçılardan azad edib.