CƏMİYYƏT


Göyçayda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Göyçay rayonunda ölümlə nəticələnən dəhşətli yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kürdşaban kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Elnarə Cəfər qızına məxsus, ümumi sahəsi 110 kvadratmetr olan ikiotaqlı ev yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.