Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərişıq”: Qarabağda qurulacaq Ağıllı Şəbəkələrdə texniki uçuş aparatlarından istifadə ediləcək

02.03.2021 [11:34]

Xəbərin mətni

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edir. Kommunal sferada ilk dəfə xüsusi təyinatlı uçuş aparatları “Azərişıq” ASC tərəfindən tətbiq olunur.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksəkgərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Bölmənin digər videoları