Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib

02.03.2021 [17:38]

Xəbərin mətni

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgiləri və musiqili bədii proqram keçirilib.AZƏRTAC xəbər verir ki, TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan proqramda rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri iştirak ediblər.