İQTİSADİYYAT


Külli miqdarda aksiz markası olmayan siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaş¬la-rı Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Belə ki, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi “Kia Sorento" markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.