Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubanın Amsarqışlaq kəndinin yoluna asfalt döşənəcək

03.03.2021 [17:12]

Xəbərin mətni

Amsarqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan mindən yuxarı yaxın əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunacaq.
Amsarqışlaq yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 2 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur.

Bölmənin digər videoları