CƏMİYYƏT


Yasamalda optik internet paylayıcı qurğular və velosiped oğurlayan şəxslər saxlanılıblar

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində binaların girişlərində quraşdırılan internet provayderlərindən birinə məxsus optik paylayıcı avadanlığı oğurlayan paytaxt sakini Zaur Məmmədovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onun rayon ərazisində ayrı-ayrı binalardan hər birinin qiyməti 520 manat olan beş ədəd optik internet paylayıcı qurğu oğurlayıb satdığı məlum olub. Həmçinin saxlanılan şəxsin Yasamal rayonunda daha bir yaşayış kompleksinin liftlərindən elektrik lampalarını oğurladığı da müəyyənləşdirilib.