İQTİSADİYYAT


Qarabağ dağlarından axan sular Muğan düzünün torpaqlarını canlandıracaq

Vətən müharibəsində torpaqlarımız kimi çay hövzələrimizin də azad edilməsi Araz çayında suyun artımına yol açıb. Muğan düzünün suvarılmasında əhəmiyyətli rola malik olan Bəhrəmtəpə hidroqovşağında suyun səviyyəsinin kifayət qədər olması suvarma kanallarına lazımi səviyyədə su ötürülmləsinə imkan yaradacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin Muğan düzündə yerləşən bir neçə rayonun suvarılması üçün daşıyıcı kanallar məhz Bəhrəmtəpə hidroqovşağından ayrılır.