İQTİSADİYYAT


Bakının Xəzər və Suraxanı rayonlarında 2 küçə əsaslı təmir edilib

Vətəndaşların gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər və Suraxanı rayonları ərazisində kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən rayonların Binə qəsəbəsi və Südçülük sovxozu yaşayış massivində 2 küçənin əsaslı şəkildə təmiri aparılaraq yekunlaşdırılıb.