İQTİSADİYYAT


“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamə”yə dair videotəlimat hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamənin (hesabat)” tərtib edilməsi və göndərilməsi barədə videotəlimat hazırlanıb.Bu barədə AZƏRTAC-a Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib.Videoçarx vahid bəyannamənin onlayn tərtib olunması və ona sərf edilən müddəti əks etdirir.