Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması üzrə elektron müraciətlərə dair videotəlimat hazırlanıb

19.03.2021 [12:58]

Xəbərin mətni

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə bağlı elektron müraciətlərin tərtib edilməsi” barədə videotəlimat hazırlanıb.Bu barədə AZƏRTAC-a Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib. Videoçarx ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq elektron ərizənin onlayn qaydada Dövlət Vergi Xidmətinə təqdim edilməsinə sərf olunan müddətin müəyyən edilməsi ilə bağlıdır.