İQTİSADİYYAT


Qiymət artımına nəzarətlə bağlı monitorinq tədbirləri intensivləşdirilib

Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər intensivləşdirilib.