İQTİSADİYYAT


Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası davam edir. Yenidənqurma işləri Prezident İlham Əliyevin “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən aparılır.