İQTİSADİYYAT


Suvarma mövsümünə qədər sahələrin su ilə təminatı yaxşılaşdırılır

Aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalının artırılması bilavasitə su təminatının yaxşılaşdırılmasından asılıdır. Meliorativ sistemlərin istismarı işinin daha da yaxşılaşdırılması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyini artırmaq məqsədilə görülən işlər davam etdirilir. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün Lənkəran rayonu ərazisində olan kanallarda, kollektorlarda vaxtaşırı təmir-bərpa və lildən təmizləmə işləri aparılır.