İQTİSADİYYAT


Əkinlərin suvarma suyu ilə təmin olunması diqqətdə saxlanılır

Bu günlərdə rayonlarımızda əkin işlərinin qızğın çağıdır. Bol məhsulun təməlini qoyan fermerlər əkinlərin suvarılmasına xüsusi önəm verirlər. Şəmkir Suvarma Sistemləri İdarəsi də bu baxımdan üzərinə düşən işi uğurla həyata keçirir, əkinlərin suvarma suyu ilə təmin olunmasını diqqətdə saxlayır.AZƏRTAC xəbər verir ki, Şəmkirdə su itkisinin olmaması üçün "Pambıqlı" su kanalına beton üzüklər çəkilir. Rayonda “Alabaşlı-1” və “Alabaşlı-2” nasos stansiyasıyalarının təmiri başa çatdırılıb və istifadəyə verilib. İdarənin balansında olan 925 kilometr kanallar və təsərrüfat daxili arxlar mütəmadi olaraq texnikalar vasitəsi ilə təmizlənir.