İQTİSADİYYAT


Qala-Pirallahı yolunda piyada keçidi inşa edilib

Avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi daha bir yolda, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. ​
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcəkdir.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir.