CƏMİYYƏT


Cəlilabadda şəhid Cavid Hüseynovun xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib

Aprelin 1-i Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış cəlilabadlı tankçı Cavid Hüseynovun doğum günüdür. Ömrünün 27-ci baharını qeyd etmək ona nəsib olmasa da, igid döyüşçünün seçdiyi yol və ucaldığı məqam bir ömür qədər şərəflidir...AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Cavid Hüseynovun doğum günündə dünyaya göz açdığı Hamarqışlaq kəndində onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən mərasimdə çıxış edənlər igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar.