İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır
07.10.2026 [17:30]
"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusu itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların ailələrinin iztirablarının azaldılması və konkret nəticələr əldə etmək üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə məsuliyyət ortaya qoyur. Bu mövzu fundamental bir reallığı əks etdirir - itkin şəxslərin taleyi ilə bağlı cavabların əldə edilməsini, hər şeydən əvvəl, maraqlı tərəflər arasında etimad, əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında mübadiləsini tələb edir. Bunu İordaniya Haşimilər Xeyriyyə Təşkilatının baş katibi Husseyn Mohamad Al Şebli Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.