Azərbaycan Dövlət İnformasiya Agentliyi

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

07.10.2026 [17:31]

Xəbərin mətni

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Bakı Dialoqunun itkin düşmüş şəxslərlə bağlı məsələyə beynəlxalq diqqətin davamlılığını təmin etməsini, həmçinin dövlətləri, beynəlxalq təşkilatları, ekspertləri və ailələri bu ümumi humanitar məqsəd ətrafında bir araya gətirməsini yüksək qiymətləndirir. Bunu sözügedən komissiyanın sədr müavini Hacı Ali Açıkgül Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.