CƏMİYYƏT


Badamdar qəsəbəsində sürüşmənin qarşısının alınması məqsədilə geniş tədqiqat və layihələndirmə işlərinə başlanılıb

Fövqəladə Hallar Nazirliyi tərəfindən paytaxtın Səbail rayonun Badamdar qəsəbəsində sürüşmənin qarşısını almaq üçün görülən işlər məlum olub.AZƏRTAC xəbər verir ki, aparılan işlər barədə məlumat verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə başlanıldığını qeyd edib. O deyib ki, sürüşmə zonasında birinci mərhələ üzrə işlər ötən ilin oktyabrından başlayıb və bu işlər çərçivəsində eni 3,5 metr, dərinliyi 30 metr olan üç ədəd quyu qazılıb və başa çatdırılıb.