CƏMİYYƏT


Kürdəmir sakinindən narkotik vasitə götürülüb

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxımlı kənd sakini 56 yaşlı Seyidov Mübariz Seyid oğlunun narkotik vasitəni əldə etməsi, satması, daşıması və saxlaması ilə məşğul olduğu müəyyən edilib. Keçirilən əməliyyat axtarış-tədbirləri nəticəsində Mübariz Seyidovun yaşadığı evə baxış keçirilib və onun yaşadığı evin zirzəmisindən ümumi çəkisi 1 kiloqram 127 qram olan narkotik vasitə aşkar edilərək götürülüb.Mübariz Seyidov şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb və araşdırma davam etdirilir.