Rizvan Mehdiyev: Əlillik heç nə üçün əngəl deyil, yetərki güclü iradəyə sahib olasınız
05.04.2021 [15:15]
Rizvan Mehdiyevə kiçik yaşlarında uşaq serebral iflici diaqnozu qoyulub. Müsahibimiz deyir ki, əlillik heç nə üçün əngəl deyil, yetərki güclü iradəyə sahib olasınız. O zaman hər işin öhtəsindən gələ bilərsiniz. Fiziki qüsurlu olmağına baxmayaraq valideynləri onu “heç kimə möhtac olma” düşüncəsi ilə tərbiyə edib. Rizvanın ən böyük arzusu: cəmiyyətə faydalı olmaq.