İQTİSADİYYAT


Ağstafanın üzüm bağlarında yaz qulluq işləri görülür

Qərb bölgəsində üzüm bağlarında yaz qulluq işləri həyata keçirilir. Hələ qış aylarından başlanan quru budama yekunlaşıb. Sahələrdə təmizləmə və bərpa işləri görülür.AZƏRRAC xəbər verir ki, qərb bölgəsində kənd təsərrüfatının prioritet sahələrindən biri də üzümçülükdür. Son illər bu sahəyə fermerlərin marağı artmaqdadır. Xaricdən yeni sort üzümlər gətirilir ki, bu da məhsuldarlığın artmasına xidmət edir.Ağstafa rayonunda da üzümçülər sahələrdə yaz işlərini davam etdirirlər. Fermer Qurban Aslanovun 3 hektardan çox üzüm bağı var. Fermer bildirib ki, havaların yağıntılı keçməsi üzümçülük üçün olduqca əlverişlidir. Quru budama işlərindən sonra üzüm bağlarında dirəklərin yenilənməsi və təmiri, tənək budaqlarını saxlayan məftillərin dəyişdirilməsi işləri görülür.