İQTİSADİYYAT


Xətai rayonunda Xudu Məmmədov küçəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun Xudu Məmmədov küçəsində təmir-tikinti işləri aparır. Küçənin təmir olunan hissəsinin uzunluğu 2 100 metr təşkil edir.
Küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yol yatağı qazılıb çıxarılıb, əks-dolğu işləri görülüb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb.