İQTİSADİYYAT


Biləsuvarda faraş tərəvəz əkininə maraq artıb

Bölgələrdə kənd əməkçiləri faraş tərəvəzçiliyə böyük maraq göstərirlər. Kəndlərdə yaşayan mülkiyyətçilər hətta öz şəxsi həyətlərində kiçik istixanalar yaratmaqla, pomidor və xiyar yetişdirilməsinə üstünlük verirlər. Belə kiçik təsərrüfat sahibləri Biləsuvarda da artmaqdadır.
AZƏRTAC xəbər verir ki, Biləsuvarın Səmədabad kəndində yaşayan Natiq Həsənov bu ildən sınaq üçün kiçik istixana şəraitində hibrid sortlar olan “Akentos” pomidor və “Pikalena” adlanan xiyar bitkisini becərməyə başlayıb. Yerli şəraitdə xüsusi qablarda yetişdirilən pomidor şitilləri yanvar ayından, xiyar isə mart ayından torpağa köçürülüb.