CƏMİYYƏT


Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar sertifikatla təmin ediliblər

Cari il taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçin aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib.AZƏRTAC xəbər verir ki, aprelin 5-dən etibarən “Aqroservis” ASC və “New Holland” şirkəti tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı innovativ taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start verilib. Təlimlər bu gün yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır