İQTİSADİYYAT


Yeni çəkilən beton kanallar su itkisinin qarşısını alacaq

Sabirabad rayonunda suvarma işlərinin fasiləsiz və keyfiyyətli aparılması üçün Mexaniki Suvarma İdarəsi tərəfindən cari və əsaslı təmir işləri həyata keçirilir.
Sabirabad Mexaniki Suvarma İdarəsinin baş mühəndisi Vahid Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə rayon ərazisində 36 min 712 hektar əkin sahəsinə xidmət göstərir. Suvarma işləri üçün Kür çayı üzərində yerləşən stasionar və üzən nasoslardan istifadə edilir. İşlərin həyata keçirilməsi üçün 60 ədəd stansiyada 126 ədəd nasos işləyir. Bunlardan 25 ədədi üzən hidrotexniki qurğudur.