CƏMİYYƏT


Kütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər sərvətlərə baxış keçirmək olub.