MƏDƏNİYYƏT


Şəhidlərin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə həsr edilmiş sərginin açılışı olub.AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan sərginin təşkilində əsas məqsəd Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirələrini yaşatmaq, şəhid ailələrinin qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.