Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə və Azərbaycan qardaşlığına həsr edilən “İki qardaş” layihəsinə yekun vurulub

16.04.2021 [10:32]

Xəbərin mətni

Bərdə Regional Mədəniyyət İdarəsinin həyata keçirdiyi Türkiyə və Azərbaycan qardaşlığına həsr edilən “İki qardaş” layihəsinə yekun vurulub.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihənin məqsədi Azərbaycan-Türkiyə qardaşlığının əbədi, sarsılmaz olduğunu göstərmək, həmçinin bu münasibəti yetişməkdə olan gənc nəslə təbliğ etməkdir.