MƏDƏNİYYƏT


Misir portalında Azərbaycan Xalça Muzeyi haqqında məqalə və videomaterial yayılıb

Misirin “Youm7” informasiya portalında Azərbaycan Milli Xalça Muzeyi haqqında məqalə və videomaterial yayılıb.
AZƏRTAC xəbər verir ki, portalın şərhçisi Məhəmməd Şaalanın müəllifi olduğu “Şedevr. Azərbaycan mədəniyyətini təbliğ edən dünyanın ilk xalça muzeyi” sərlövhəli məqalədə ölkəmizdə qədim xalçaçılıq ənənələri, muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Yazıda Azərbaycan Xalça Muzeyinin fotoşəkilləri, mədəniyyət naziri Anar Kərimovun mövzu ilə bağlı “Euronews” telekanalına müsahibəsindən sitatlar yer alıb, həmçinin həmin müsahibənin ərəb dilinə tərcümə edilmiş videoyazısı yerləşdirilib.