MƏDƏNİYYƏT


Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb

Görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb. Heykəlin hazırlanmasında artıq karkasın qurulma işləri bitib və bir neçə ölçüdə gipsdən qəlib hazırlanıb ki, onunda üzərində ilkin proseslər aparılır. Buda öz növbəsində ərsəyə gətiriləcək heykəlin hazırlanmasında böyük rol oynayır. Əsərin müəllifi Xalq rəssamı Ömər Eldarovdur. Heykəlin hazırlanması üzərində işlərin artıq bir hissəsi yekunlaşıb. Xalq rəssamının sözlərinə görə, postamentin hazırlanmasına müəyyən vaxt lazımdır. Hazırda Bürüncdən tökülmə mərhələsi həyata keçirilir. Yaxın günlərdə hazırlanma prosesi başa çatacaq. Lakin əsərin nə vaxt qurulacağı hələ ki, məlum deyil. Müəllif onuda qeyd etdi ki, ərsəyə gətirilən heykəlin Dənizkənarı Milli Parkda ucaldılacağ.Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır