DÜNYA


Türkiyədə səssizlik hakimdir

Aprelin 29-u saat 19:00-dan Türkiyə ərazisində başlanan növbəti “Evdə qal” məhdudiyyəti mayın 17-si saat 05:00-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, qardaş ölkədə COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində tətbiq edilən bu tam qapanma təxminən 17 gün aralıqsız davam edəcək. Bütün ölkəni əhatə edən məhdudiyyət müddəti ərzində əhalinin yalnız evlərinə ən yaxın məsafədə qida və səhiyyə ehtiyacının qarşılanması məqsədilə evdən çıxmasına icazə verilir. Ölkədə səhiyyə və təhlükəsizlik sahələri tam, istehsal, tədarük, nəqliyyat, kənd təsərrüfatı kimi sahələr isə məhdudlaşdırılmış qrafiklə fəaliyyət göstərir. Bu sahələr istisna olmaqla digər bütün dövlət və özəl qurumların fəaliyyəti tamamilə dayandırılıb. Kafe, restoran, marketlər həftənin altı günü məhdudlaşdırılmış rejimdə və yalnız paket servis şəklində xidmət göstərir.