DÜNYA


Düşənbədə yanacaqdoldurma məntəqəsində güclü partlayış olub

Ötən gecə Düşənbənin Zarafşon mikrorayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.AZƏRTAC Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı haqqında hələ ki, məlumat verilmir. Xəstəxanaya yanğın diaqnozu ilə 29 nəfər çatdırılıb. Onların 5-i ağır vəziyyətdədir.Partlayışda baş verən alovun hündürlüyü 50 metrə çatıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib.Partlayışın səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır