DÜNYA


Meksikada metro körpüsünün çökməsi nəticəsində 20 nəfər həlak olub

Mexikoda metro körpüsünün çökməsi nəticəsində azı 20 nəfər həlak olub.AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, şəhərin meri Klaudia Şeynbaum məlumatı təsdiqləyib. Mülki müdafiə Nazirliyinin məlumatına görə, xəsarət alan 49 nəfər xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, ümumilikdə 70 nəfər zərər çəkib. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.