MƏDƏNİYYƏT


Dövlət Film Fonduna yeni filmlər daxil olub

Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən iki film fonda hədiyyə edilib.
Film Fondundan AZƏRTAC-a bildirilib ki, ekran əsərləri Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” və rejissor Teymur Bəkirzadənin “Sevinc buxtası” filmlərinin çəkiliş prosesinə həsr edilib.Hər iki ekran əsəri 35 mm-lik kino lentində təhvil alınıb.