DÜNYA


Hindistanda COVID-19 virusuna yoluxanların sayı 20 milyonu ötüb

Hindistanda ötən sutka COVID-19 infeksiyasına 357 min 229 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 20 milyonu ötüb. Ötən sutka dünyada ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 səbəbindən 3 min 449 ölüm qeydə alınıb. Hindistanda indiyədək 224 min 408 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstə sayı təxminən 3,5 milyon nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır