MƏDƏNİYYƏT


Türkiyədə Əhməd Cavadın anadan olmasının ildönümü münasibətilə sənədli film hazırlanıb

Türkiyədə Azərbaycanın istiqlal şairi və himninin sözlərinin yazarı Əhməd Cavadın anadan olmasının ildönümü münasibətilə sənədli film hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin TRT Avaz telekanalında yayımlana “Əhməd Cavad, Bir millətin ruhu” filmində şairin həyat və yaradıcılığından bəhs edilir, onun həyatı canlandırılır.Vahit Taha Kurutlunun ssenarisi əsasında hazırlanan ekran əsərinin rejissoru Muhammet Erkam Bülbül, prodüsseri isə Halis Cahit Kurutludur.